ABŞ Ukrayna 1 milyard dollar həcmində növbəti hərbi yardım paketini elan edib.
AzerTimes xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Yardım paketinə “Javelin”, eləcə də HİMARS, NASAMS kimi sistemlər üçün döyüş sursatları daxildir.
Qeyd edək ki, ABŞ-da yeni administrasiyanın işə başlamasından bəri Vaşinqtonun Ukraynaya yardımı 9,8 milyard dollar təşkil edib.