ABŞ Ukraynanın necə aciz olduğunu anlamır – Conson

ABŞ Ukraynanın necə aciz olduğunu anlamır – Conson

Pentaqon rəhbəri Lloyd Ostinin Ukrayna haqqında açıqlaması onun vəziyyəti tam dərk etmədiyini göstərir.

AzerTimes xəbər verir ki, bu sözləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson deyib.

“Ostinin etirafı ABŞ-ın silah tədarükünü dayandıracağı anlamına gəlmir. Fikrimcə, bu açıqlama göstərir ki, o, Rusiyanın Ukraynada nə cür hərbi əməliyyatlar apardığını, Ukraynanın aciz olduğunu anlamır.

Ukrayna Silahlı Qüvvələri ABŞ və NATO-nun tədarük etdiyi silahlardan səmərəli istifadə etmək üçün bilik və bacarıqlara malik deyil. Eyni zamanda, Kiyevdə təcrübəli liderlərin komandanlığı altında fəaliyyət göstərəcək təlim keçmiş əsgərlər də yoxdur”, – Conson bildirib.

Qeyd edək ki, Pentaqon rəhbəri Lloyd Ostin Kiyevdə Vladimir Zelenski ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında ABŞ-ın Rusiya ilə münaqişədə Ukrayna üçün “sehrli çubuğ”unun olmadığını söyləmişdi.

Teqlər: