ABŞ Ukraynanı tam dəstəkləyir – Bayden

ABŞ yaranan vəziyyətdə Ukraynanı tam dəstəkləyir.

AzerTimes-ın
məlumatına görə, bu barədə ABŞ prezidenti Co Bayden Varşavaya
səfəri çərçivəsində Ukrayna ətrafındakı vəziyyətlə bağlı çıxışı
zamanı bildirib.

O, Ukraynanın xarici işlər və müdafiə nazirləri Dmitri Kuleba və
Oleksiy Reznikovla söhbətində ABŞ-ın tam dəstəyini bəyan etdiyini
vurğulayıb.

“İndi də uzun illər demokratiya və azadlıq uğrunda gedən
mübarizədə Ukrayna və onun xalqı ön ön mövqedədir, o öz ölkəsini
xilas etmək üçün mübarizə aparır. Onların cəsarətli müqaviməti
bütün azad insanları birləşdirən ən mühüm demokratik prinsiplər
uğrunda daha geniş mübarizənin bir hissəsidir. Qanunun aliliyi,
ədalətli və azad seçkilər, danışmaq, yazmaq və toplaşmaq azadlığı,
din azadlığı, mətbuat azadlığı – bu prinsiplər azad cəmiyyətdə
lazımdır. Amma onlar həmişə, həmişə təhdid altında olublar”, – deyə
ABŞ prezidenti bildirib.