ABŞ Ukraynanı “piyada kimi” qəbul edir – Nİ

ABŞ Ukraynanı “piyada kimi” qəbul edir – Nİ

Birləşmiş Ştatlar uzun sürən silahlı münaqişələrdən faydalanır, Ukraynanı da onlardan birinə çevirməyə cəhd edə bilər.

AzerTimes xəbər verir ki, bu sözləri “Nəşnl İnterest” nəşrinin köşə yazarı Skott Strqaçiç yazıb.

O bildirib ki, ABŞ silah tədarükünü artıra, münaqişəyə daha çox cəlb oluna, Kiyevi yeni təxribatlara sövq edə, bu hərəkətlərə rəsmi status və kod adı verə bilər.

Onun fikrincə, Əfqanıstan və ya İraq kimi böhranlarda iştirak etdiyi illər ərzində Vaşinqton eskalasiya zonalarında dərəcəsini saxlamaq üçün bütün lazımi institutları və mexanizmləri hazırlayıb.

“Ağ Evin böyük bir güclə qeyri-müəyyən sərhəd qarşıdurmasında ukraynalıları piyada kimi qəbul etməyi dayandırmağının vaxtıdır” – deyə müəllif bildirib.

Teqlər: