ABŞ hazırda Ukraynadan NATO-nun Rusiyaya qarşı proksi müharibəsində “peşka” kimi istifadə edir.
AzerTimes xəbər verir ki, bunu Katon İnstitutunun baş elmi işçisi Ted Qalen Karpenter deyib.
Onun sözlərinə görə, Ağ Evin bu strategiyası qanlı, çoxillik münaqişənin qorxulu perspektivini yaradır:
“Qorxuram ki, bu qarşıdurma Rusiya ilə NATO arasında açıq müharibəyə çevrilə bilər. Bu da nüvə silahından istifadəyə gətirib çıxarar”.
Karpenter bildirib ki, Ukraynada münaqişənin bitməsi üçün mütləq danışıqlar aparılmalıdır.