ABŞ Rusiyanın Odessaya zərbələrindən sonra taxıl ixracını blokdan çıxarmaq üçün Ukrayna ilə “B planı” üzərində işləyir.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinə istinadən CNN məlumat yayıb.
“B planı”na avtomobil və su nəqliyyatı, o cümlədən ixracın sürətli gerşəkləşməsi üçün dəmiryol sistemlərinin Avropa ilə daha yaxşı tənzimlənməsi daxildir. Müxtəlif gözlənilməz halları nəzərə almaq lazımdır, çünki Putinə etibar etmək olmaz”, – məqalədə bildirilib.