ABŞ Dövlət Departamenti yanvarın 24-dən etibarən ABŞ-ın Ukraynadakı səfirliyindən diplomatların ailələrinin təxliyəsinə başlamağı əmr edib.
AzerTimes-ın məlumatına görə, bu barədə öz “Twitter” səhifəsində “FoxNews” nəşrinin jurnalisti Lukas Tomlinson yazib.
L.Tomlinson bildirib: “Dövlət Departamenti ABŞ-ın Ukraynadakı səfirliyinin əməkdaşlarının ailələrinə bazar ertəsi ölkəni təxliyə etməyə başlamağı əmr edib”.
Bu məlumatı Tomlinsona Amerika rəsmiləri veriblər. Diplomatik nümayəndəlik əməkdaşlarının ailələrinin təxliyəsi ilə bağlı başqa təfərrüatlar yoxdur.