ABŞ Ukraynadakı səfirliyini müvəqqəti olaraq Lvova köçürür

ABŞ Ukraynadakı səfirliyini müvəqqəti olaraq Kiyevdən Lvova
köçürmək qərarına gəlib.

AzerTimes-ın
məlumatına görə, bu barədə ABŞ Dövlət kativi Entoni Blinkenin
açıqlamasında deyilib.

Onun sözlərinə görə, buna səbəb Ukrayna ilə sərhəddə “Rusiya
qüvvələrinin yığılmasının dramatik sürətlənməsi” olub.

Bundan əlavə, dövlət katibi bildirib ki, ABŞ Ukrayna ətrafındakı
vəziyyətin “diplomatik yolla həllinə nail olmaq üçün səmimi səylər”
göstərməkdə davam edir.