ABŞ-ın köməyi ilə Ukraynada kiçik modul reaktor tikiləcək.
AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova sosial şəbəkələrdə yazıb.
Məlumata görə, bu layihə artıq BMT-nin 27-ci İqlim Konfransı çərçivəsində ABŞ prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri və Ukraynanın energetika naziri German Qaluşenko tərəfindən elan edilib.
Qeyd edilir ki, layihə Arqon Milli Laboratoriyasının beynəlxalq konsorsiumu və Ukraynanın Enerqoatom şirkəti tərəfindən Ukrayna və beynəlxalq elmi və özəl şirkətlərin iştirakı ilə həyata keçiriləcək.