Vaşinqton administrasiyası Ukraynanın istifadə etdiyi “Patriot” və NASAMS hava hücumundan müdafiə sistemləri üçün kəsici raketlərin alınmasına 2,2 milyard dollar ayırıb.
AzerTimes xəbər verir ki, bu barədə Pentaqonun bəyanatında deyilir.
Qeyd edilib ki, ABŞ hərbi departamenti Ukrayna Təhlükəsizliyə Yardım Təşəbbüsündən (USAI) 2,2 milyard dollar göndərir:
“Bu vəsait Ukrayna üçün “Patriot” və “NASAMS” hava hücumundan müdafiə sistemləri üçün raketlərin alınmasına sərf olunacaq”.
Bundan əvvəl administrasiya Pentaqonun anbarlarından Kiyevə 150 milyon dollar dəyərində silah ötürüldüyünü də açıqlamışdı.