ABŞ Ukrayna böhranında fəal iştirak etməklə və onun gərginləşməsinə “töhfə” verməklə üç əsas məqsəd güdür.
AzerTimes xəbər verir ki, bu barədə “Qlobal Tayms” portalında yayılan məqalədə bildirilib.
“ABŞ-ın Ukraynadakı münaqişədə üç məqsədi var: Rusiyanı hərtərəfli zəiflətmək, Zelenski rejimini möhkəmləndirmək və Avropanı ABŞ siyasətini izləməyə sövq etmək.
ABŞ və AB Rusiya-Ukrayna münaqişəsini yumşaltmaq üçün ciddi səy göstərməyiblər, hətta silah və sursat verməklə əks istiqamətə gediblər. Böhranın həllinin açarı ABŞ və AB-nin əlindədir”,- təhlildə deyilib.
Çinin Renmin Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Vanq Yivey isə vurğulayıb ki, Ukrayna böhranının davam etməsinə görə məsuliyyət Amerikanın müəyyən strukturlarının üzərinə düşür:
“ABŞ-da dörd əsas qrup – hərbi konqlomerat, enerji qrupu, maliyyə qrupu və rəqəmsal oliqarxiya – Ukraynadakı münaqişədən istifadə edilən mənfəət və hərbi dividendlərdən razı deyil”.