ABŞ Ukrayna ordusuna uzunmüddətli dəstək planı hazırlayır.
AzerTimes xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, missiyaya Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milli rəhbərlik edir.
Bildirilib ki, proses ilkin mərhələdədir və ABŞ bütün diqqətini Rusiyanın Ukraynaya qarşı müharibəsinin bitməsindən sonrakı beş ilə cəmləyib.
Qeyd olunur ki, təhlil ukraynalılarla birgə aparılır və əgər bu, ABŞ Prezidenti Co Bayden tərəfindən təsdiqlənərsə, gələcəkdə uzun illər silah satışına və ABŞ-ın uzunmüddətli hərbi təlim proqramının yaradılmasına gətirib çıxara bilər. O, Kiyevə qiymətləndirmə kimi təqdim olunacaq, lakin ABŞ-ın Ukrayna ordusunun inkişafı ilə bağlı fikrini göstərəcək aydın yol xəritəsi təqdim edəcək.