ABŞ silah ehtiyatlarının tükənməsi səbəbindən tezliklə Ukrayna ilə bağlı kursu dəyişmək məcburiyyətində qalacaq.
AzerTimes xəbər verir ki, bunu ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş məsləhətçisi Mark Kançian bildirib.
Ekspertin sözlərinə görə, o, ABŞ-da qalan silah ehtiyatları və ölkənin sənaye potensialı barədə kifayət qədər məlumat toplayıb, həmçinin Prezident Co Bayden administrasiyasındakı mənbədən məlumat alıb:
“Məlumatlar göstərir ki, ABŞ hərbi anbarları boşalır və HİMARS, “Javelin” və M777 haubitsaları getdikcə azalır”.
Ekspert bildirib ki, ehtiyatların tükənməsi ABŞ-ın daha aşağı keyfiyyətli silah növlərini ixrac etməyə başlamasına və ya hətta tədarükü ləngitməsinə səbəb olacaq:
“Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik, lakin bunu başqa yollarla da etməliyik. Məsələn, biz analoqlar təqdim edə, üçüncü ölkələrdən avadanlıq ala və ya təchizat prosesini ləngidə bilərik”.