ABŞ Dövlət Departamenti Ukraynanın NATO-ya daxilolma vaxtını və münaqişənin başa çatması üçün şərtləri proqnozlaşdırmaqdan imtina edib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.
“Biz hər hansı vaxt müddəti qoymuruq. Düşünmürəm ki, bunu etmək məqsədəuyğundur, çünki alyansın bu gün kommünikedə qeyd etdiyi kimi, NATO üzvləri göstərilən şərtlərin yerinə yetirilməsi ilə razılaşan zaman Ukraynaya dəvət göndərməyə hazır olacaqlar”, – Miller qeyd edib.