ABŞ üçün yük daşıyam gəmi vuruldu

ABŞ üçün yük daşıyam gəmi vuruldu

19:46

Bir gəmi Yəmənin Ədən şəhərindən cənub-şərqdə raketlə vurulub.

AzerTimes xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Gəminin hərbi, ya mülki olduğu barədə məlumat verilməyib.

***

Husilər Yəmən sahillərində “Gibraltar Eagle” gəmisinə hücum edib

Bu barədə Pentaqon məlumat yayıb.

Bildirilib ki, Yəmən husiləri Ədən körfəzində gəmi əleyhinə ballistik raketlə “Eagle Gibraltar” konteyner gəmisini vurub. ABŞ üçün yük daşıyan Marşal adaları bayrağı altında üzən gəmi ciddi ziyan görməyib və təyinat yerinə doğru irəliləməyə davam edib.

Bu, Husilərin bölgədə ticarət gəmilərinə edilən otuzuncu hücumudur.

Teqlər: