ABŞ üçün ən ciddi təhlükə açıqlandı

ABŞ üçün ən ciddi təhlükə açıqlandı

Artan dövlət borcu ABŞ üçün ciddi təhlükəyə çevrilib.

AzerTimes xəbər verir ki, bu barədə “Vaşinqton Tayms” keçmiş hökumət rəsmilərinə istinadən məlumat yayıb.

“Milli təhlükəsizliyimiz üçün ən mühüm təhlükə 21-ci əsrdə artan dövlət borcunun yüküdür. Son iyirmi ildə Vaşinqtonun xərcləri ÜDM-dən daha sürətlə artıb və bu xərclərin böyük hissəsi borclanma hesabına maliyyələşdirilib”, – məlumatda deyilir.

Nəşr qeyd edir ki, 2000-ci ildən bəri ABŞ-ın dövlət borcunun ÜDM-də payı iki dəfədən çox – 55%-dən 122%-ə qədər artıb. Proqnozlara görə, demək olar ki, 200%-ə qədər də artacaq:

“İkinci Dünya müharibəsi illərində olduğu kimi, borc yükü ilə yaşayırıq. Oktyabrda ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə olaraq 31 trilyon dolları keçib”.

Teqlər: