ABŞ türkmən qazını Azərbaycandan nəql etmək istəyir

ABŞ türkmən qazını Azərbaycandan nəql etmək istəyir

Bazar konyukturasına əsaslanaraq, Türkmənistan öz qazını Avropa İttifaqına tədarükü üçün çox yaxşı perspektivlərə malikdir.

AzerTimes xəbər verir ki, bu fikri ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Donald Lu Aşqabadda olarkən deyib.

“Karyeramın əvvəlində mənim Bakıdakı səfirliyimizdə müvəqqəti işlər vəkili olmaq imkanım oldu. Biz, Azərbaycan tərəfi, Aİ, ABŞ və Türkmənistanla bu barədə danışdıq: Türkmənistan qazının Avropaya çatdırılması imkanları haqqında. 20 ildən çoxdur. İndi isə çox maraqlı məqamdır, çünki qazın qiyməti çox yüksəkdir. Və hesab edirəm ki, Türkmənistan hökumətinin indi bu layihə (Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsi olan Trans-Anadolu Qaz Boru Kəməri – Red) haqqında düşünməsi çox yaxşı olardı”.

Lu hesab edir ki, ölkədən müxtəlif istiqamətlərdə qaz tədarükü imkanları nə qədər çox olarsa, türkmən xalqı üçün də o qədər yaxşı olacaq.

“Bu, Türkmənistan xalqını təkcə türkmən qazının ən yüksək qiymətləri ilə deyil, həm də etibarlı təchizatla təmin edəcək. ABŞ hər cür kömək etməyə hazırdır, amma biz türkmən qazını almayacağıq, ABŞ-da çoxlu qazımız var”.

Teqlər: