ABŞ Türkiyəyə xəyanət etdi

ABŞ Türkiyəyə xəyanət etdi

Türk Silahlı Qüvvələrinin Suriya və İraqda həyata keçirəcəyi hava əməliyyatları barədə ABŞ PKK-nı xəbərdar edib.

Bu barədə Türkiyə Xüsusi Xidmət Orqanları məlumat yayıb.

Qeyd edək ki, Suriyanın şimal-şərqindəki Karaçok dağı və İraqın Sincar vilayətini əhatə edən əməliyyat nəticəsində 100-dən artıq PKK və PYD-li öldürülüb.

Türkiyə Xüsusi Xidmət Orqanlarının məlumatına görə, Suriyada olan PKK-ya hər cür dəstək verən ABŞ, əməliyyatdan öncə Türkiyədən gələn xəbərdarlığı qısa müddət ərzində terrorçulara ötürüb: “Rəsmi Ankara bombardmanın koordinatlarını ABŞ, Rusiya və Şimali İraq rəhbərliyinə çatdırıb. Əməliyyatdan təxminən 2 saat əvvəl açıqlanan məlumat, bölgədəki ABŞ əsgərlərini hərəkətə keçirib. Türkiyə MİT (Xüsusi Xidmət Orqanı)-nin izlədiyi rabitə əlaqəsinə görə, ABŞ rəsmiləri gizli məktubdan 18 dəqiqə sonra İraq və Suriyadakı bütün hərbi hissələrinə “Türkiyə bombalayacaq” xəbərdarlığını edib”.