ABŞ Türkiyəyə şərt qoydu: F-16 istəyirsənsə…

ABŞ Türkiyəyə şərt qoydu: F-16 istəyirsənsə…

Dövlət Departamenti Türkiyəyə F-16 təyyarələrinin satışına etiraz etmir.

AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

“Biz öz tərəfimizdən F-16-ların Türkiyəyə satışını dəstəkləyirik. Ancaq Konqresdə satışın yalnız Türkiyənin İsveçin NATO-ya daxil olmasını təsdiqlədiyi təqdirdə mümkün olacağına qərar verən insanlar var. Biz də Türkiyəni bunu mümkün qədər tez etməyə çağırırıq”, – Miller bildirib.

Teqlər: