ABŞ və Türkiyə NATO gəmilərinin Qara dənizdə iştirakı ilə bağlı məsləhətləşmələr aparır.
AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen Senatın Xarici İşlər Komitəsində dinləmələrdə çıxış edərkən deyib.
“Bu, türk müttəfiqlərimizlə daimi müzakirə mövzusudur. Türkiyə hərbi gəmilərin Qara dənizə girişinə nəzarət edir”, – o bildirib.
O, Vaşinqtonun Ankaranı enerji sahəsində Moskva ilə əməkdaşlığı gücləndirməkdən çəkindirdiyini iddia edib. Bunun müqabilində ABŞ Türkiyəyə ikitərəfli münasibətləri gücləndirməyi təklif edib.