ABŞ Türkiyəni hədələdi: Qarşılıq verəcəyik!

ABŞ Türkiyəni hədələdi: Qarşılıq verəcəyik!

ABŞ texnologiyasının qeyri-leqal yollarla Rusiyaya satışını dayandırmağımız üçün Türkiyənin köməklik göstərməsi lazımdır.

AzerTimes xəbər verir ki, bu sözləri ABŞ ticarət katibinin köməkçisi Metyu Akselrod “Faynənşl Tayms”a müsahibəsində deyib.

O qeyd edib ki, Vaşinqtonun Türkiyədən əsas tələbi ABŞ mənşəli çip və digər hissələrin Rusiyaya tədarükünün qarşısını almaqdır.

“Türkiyə Moskvanın savaş maşını üçün həyati önəm daşıyan ABŞ mənşəli çiplərin Rusiyaya ixracına məhdudiyyətlər tətbiq etməsə, qarşılıq verməkdən başqa çarəmiz qalmayacaq”, – o vurğulayıb.

Akselrod Ankara və İstanbulda Türkiyənin səlahiyyətli şəxsləri ilə bu mövzuda görüşüb, müzakirə apardığını da əlavə edib.

Teqlər: