ABŞ bizə F-35-ləri deyil, F-16-ları vermək istəyir. Onlar artıq etmək istədikləri təklifi veriblər.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Hava Qüvvələrinin istefada olan general-polkovniki Ərdoğan Qaraquş deyib.
Qaraquş ABŞ-ın Türkiyəni əldən buraxmaq istəmədiyini söyləyib:
“ABŞ hətta bu mövzuda Türkiyənin özündən uzaqlaşmaması üçün Milli Döyüş Təyyarəsi (MMU) üçün öz mühərriklərini verdi. MMU-dakı mühərriklər F-16 mühərrikləridir”.
Qeyd edək ki, ABŞ Dövlət katibi Entoni Blinken Türkiyənin F-16 qırıcılarının modernləşdirilmiş versiyasını almasının bütövlükdə NATO-nun müdafiə qabiliyyəti üçün vacib olduğunu bildirib.