ABŞ Türkiyə ilə bağlı buna çalışsa, səhv edəcək – Kalın

ABŞ Türkiyə ilə bağlı buna çalışsa, səhv edəcək – Kalın

ABŞ Finlandiya və İsveçin NATO üzvlüyünü Ankara ilə F-16 müqaviləsi ilə əlaqələndirməyə çalışsa, səhv etmək riski var.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezident administrasiyasının sözçüsü İbrahim Kalın bildirib.

“Açığını desəm, ABŞ Senatında keçirdiyim görüşlərdə onlara dedim ki, əgər Finlandiya və İsveçin NATO üzvlüyünü F-16 müqaviləsi ilə əlaqələndirməyə çalışsanız, səhv edərsiniz. Çünki onlar bir-birindən asılı olmayan müxtəlif mövzulardır. Əgər siz bundan (Finlandiya və İsveçin NATO üzvlüyü – red.) Türkiyəyə təzyiq vasitəsi kimi istifadə etməyə çalışsanız, o zaman əks bəyanatla çıxış etsək necə olacaq? F-16 ilə bağlı sazişə qədər İsveçin NATO üzvlüyünü ratifikasiya etməyəcəyik? Onların buna cavabı yox idi”, – İ.Kalın vurğulayıb.

Teqlər: