Ankara bundan sonra da bütün ölkələrlə öz milli maraqlarından çıxış edərək müsbət münasibətlərin qurulması üçün səy göstərəcək.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın Türkiyə-Amerika münasibətlərinin perspektivlərinə toxunaraq deyib.
Kalın bildirib ki, Türkiyə-Amerika münasibətlərini “zəhərləyən” iki əsas problem var:
“Birincisi, Obama dövründə başlayan PYD və YPG-yə, dolayısıyla PKK-ya verilən dəstəkdir. İkincisi, FETÖ-dür. Amerika rəhbərliyi bu günə qədər FETÖ terrorçularına qarşı heç bir addım atmayıb”.