ABŞ Dövlət katibi Entoni Blinken Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu ilə görüşündə Vaşinqtonun Qazaxıstana fundamental dəyişikliklərin həyata keçirilməsində bundan sonra da yardım etməyə hazır olduğunu bildirib.
AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“ABŞ dövlət katibi Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin fundamental islahatlar proqramının ardıcıllığını, sistemliliyini alqışlayıb və Vaşinqtonun onların praktiki həyata keçirilməsində bundan sonra da hər cür yardım göstərməyə hazır olduğunu vurğulayıb. Görüşdə Qazaxıstan və ABŞ arasında siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə genişlənmiş strateji tərəfdaşlığın mütərəqqi inkişafı müzakirə olunub. Birləşmiş Ştatlar bir çox qlobal məsələlərdə Qazaxıstanın həqiqi liderliyini tanıyır”, – məlumatda deyilir.