ABŞ Tiflisi xəbərdar etdi: Tədbir görüləcək!

ABŞ Tiflisi xəbərdar etdi: Tədbir görüləcək!

ABŞ Gürcüstandakı “xarici agentlər” haqqında qanuna görə ölkəyə yeni məhdudiyyətlərin ola biləcəyini istisna etmir.

AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller qeyd edib.

Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti Vaşinqtonda narahatlıq doğuran istiqamətdə irəliləməkdə davam edir:

“Biz bu qanunun könüllü qeydiyyatdan keçmək istəməyən hüquqi şəxslərə, o cümlədən mülki təşkilatlara və müstəqil mediaya tətbiqindən narahatıq. Bundan sonra da tədbirlərin görüləcəyini istisna etmirəm”.

Teqlər: