ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemlərini Ukraynaya göndərmək üçün hazırlığı yekunlaşdırır.
AzerTimes xəbər verir ki, bu barədə CNN Bayden administrasiyasının yüksək səviyyəli rəsmisinə istinadən məlumat verib.
Bildirilib ki, sistemlərin göndərilməsi Pentaqon rəhbəri Lloyd Ostin və Ağ Ev rəhbəri Co Baydenin imzası ilə təsdiqlənməlidir.