ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya məxsus “Boinq P-8 P-8 Poseydon” təyyarəsi Rusiya Hərbi Hava Qüvvələrinin Aralıq dənizinin şərq hissəsində olan Su-35-ə təyyarəsinə təhlükəli şəkildə yaxınlaşıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın Suriyada Müharibə Tərəflərinin Barışıq Mərkəzi rəhbərinin müavini, 1-ci dərəcəli kapitan Oleq İqnasyuk bildirib.
Qeyd olunub ki, Rusiya pilotu yüksək peşəkarlıq nümayiş etdirərək, toqquşmanın qarşısını almaq üçün vaxtında lazımi tədbirləri görüb.