ABŞ-nin Florida ştatının sahilində kiçik təyyarə qəzaya uğrayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Assoşeyited Press” məlumat yayıb.
Bildirilib ki, təyyarə hava limanından qalxdıqdan dərhal sonra Meksika körfəzinə düşüb. Axtarış-xilasetmə əməliyyatı nəticəsində biri pilot olmaqla 4 nəfərin meyiti aşkar edilib. Təyyarənin qalıqları təxminən 7 m dərinlikdə tapılıb.
Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı araşdırma aparılır.