

00:05
Göyərtəsində Rusiya vətəndaşı Aleksandr Vinnik olan “Mitsubishi Challenger” təyyarəsi Vnukovo hava limanına enib.
AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, təyyarə ABŞ-dan İstanbula, oradan Moskvaya uçuş həyata keçirib.
Qeyd edək ki, Rusiya ilə ABŞ arasında məhbus mübadiləsi həyata keçirilib. Bir neçə gün öncə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiveb Uitkoff Moskvaya səfər edib. Həmin səfərdən sonra Rusiyada həbsdə olan amerikalı diplomat Mark Fogel azad olunaraq Vaşinqtona göndərilib.