

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-5M “Super Galaxy” strateji ağır yükdaşıyan təyyarəsi İsrailin cənubundakı Nevatim aviabazasına eniş edib.
AzerTimes xəbər verir ki, bu baza Negev səhrasında yerləşdirilən ABŞ Ordusunun THAAD sistemi yaxınlığında yerləşir.
Uçuşun THAAD və ya digər hava hücumundan müdafiə sistemləri ilə əlaqəli olduğu ehtimal edilir. Güman olunur ki, təyyarə son zamanlar Yəməndən İsrailə atılan ballistik raketləri vurmaq üçün istifadə edilən raketlərin əvəzini gətirə bilər.