ABŞ təyyarəsi Haitidə atəşə tutuldu

ABŞ təyyarəsi Haitidə atəşə tutuldu

Floridadan havaya qalxan “Spirit” Hava Yollarına məxsus təyyarə eniş edərkən Haitidə atəşə tutulub.

AzerTimes xəbər verir ki, bu barədə “Miami Herald” öz mənbələrinə istinadən məlumat yayıb.

Hadisə noyabrın 11-də baş verib. Təyyarə Port-au-Prins hava limanına enməyə cəhd edib, lakin naməlum şəxslər tərəfindən atəşə tutulub.

Fövqəladə vəziyyətlə üzləşən pilot qonşu Dominikan Respublikasına eniş tələb edib və orada uğurla enib. Hadisə ilə əlaqədar Haiti hava limanının rəhbərliyi uçuşları dayandırıb.

Teqlər: