ABŞ təyyarələri sınaqdan keçmədi

ABŞ təyyarələri sınaqdan keçmədi

ABŞ-da çoxlu sayda hərbi təyyarə hazırlıq testindən keçməyib.

AzerTimes xəbər verir ki, bu barədə “Defence Nyus” məlumat yayıb.

“Komissiya Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları Korpusunun 49 növ təyyarəsini yoxlayıb. Yoxlamalar zamanı texnikalara hər il qulluq üçün Pentaqonun on milyardlarla dollar xərcləməsinə baxmayaraq, təyyarələrin yarıdan çoxunun tələblərə cavab vermədiyi məlum olub. Təkcə 2020-ci ildə hərbi təyyarələrin istismarı və dəstəklənməsinə təxminən 54 milyard dollar xərclənib”, – nəşr qeyd edir.

Teqlər: