Ukrayna Prezidenti Vladimir Zelenski sentyabrın 21-də ABŞ Prezidenti Co Baydenlə görüşmək üçün Ağ Evə gedəcək.
AzerTimes xəbər verir ki, bunu brifinq zamanı ABŞ liderinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.
Sallivanın sözlərinə görə, Zelenskinin Baydenlə görüşü Ukrayna üçün kritik vaxta – Rusiyanın genişmiqyaslı savaşı davam etdirmək üçün Şimali Koreyadan yardım almağa çalışdığı dövrə təsadüf edəcək.
O, Zelenskinin gələn həftə Nyu Yorkda BMT Baş Assambleyasına qatıldıqdan sonra Vaşinqtona gələcəyi bildirilir.