Ukrayna ABŞ hakimiyyətinə əks-hücumun dəqiq tarixini deməyib, lakin Vaşinqton hesab edir ki, o, artıq başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” mənbələrə istinadən məlumat verib.
Məlumata görə, Kiyev ABŞ hakimiyyətinə yalnız ordunun əks-hücuma keçəcəyi ilə bağlı müvəqqəti çərçivələr təqdim edib:
“ABŞ hərbçiləri Ukrayna mövqelərində aktivliyin qeydə alındığını bildirirlər. Onların sözlərinə görə, Ukrayna ordusu rusların mövqelərini və saylarını öyrənmək üçün döyüş əməliyyatlarına başlayıb. Kəşfiyyat döyüşü bir neçə gün davam edəcək”.