ABŞ təsdiqlədi: Ukrayna bu raketlə Rusiyanı vura bilər!

ABŞ təsdiqlədi: Ukrayna bu raketlə Rusiyanı vura bilər!

Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ukraynanın Kursk bölgəsinə və ətraf ərazilərə zərbə vurmaq üçün uzaqmənzilli ATACMS raketlərindən istifadə etmək icazəsinin olduğunu təsdiqləyib.

AzerTimes xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.

“Hazırda onlar təxirəsalınmaz hallarda özünümüdafiə üçün ATACMS-dən istifadə etmək imkanına malikdirlər. Və elə indi Kursk və ətrafında nələrin baş verdiyi sizə aydındır”, – deyə Kirbi bildirib.

O, həmçinin etiraf edib ki, Amerika administrasiyası Ukrayna qoşunlarının xüsusi hədəf növlərini vurmaq üçün ATACMS raketlərindən istifadə imkanları ilə bağlı təlimatı həqiqətən də dəyişib.

Teqlər: