ABŞ Ukraynaya kaset sursatlarının çatdırılmasını təsdiqləyib.
AzerTimes xəbər verir ki, bu barədə adı açıqlanmayan Pentaqon nümayəndəsi məlumat verib.
ABŞ-ın yüksək rütbəli generalı təsdiq edib ki, ABŞ-ın kaset sursatları artıq Ukraynaya gəlib.
Bu mövzu ilə bağlı əlavə məlumat verilmir.
Bu gün “Tavriya” qoşunlar qrupunun komandiri Aleksandr Tarnavski bildirib ki, Ukrayna ABŞ-dan kaset bombaları alıb, lakin Rusiyaya qarşı müharibədə hələ də onlardan istifadə etməyib.