ABŞ Qida və Dərman İdarəsi (FDA) Moderna əczaçılıq şirkətinin COVID-19-a qarşı Spikevax (həmçinin Moderna peyvəndi kimi tanınır) peyvəndini təsdiqlədiyib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı şirkət özü yayıb.
Bildirilir ki, peyvənd 18 yaşdan yuxarı şəxslərin istifadəsi üçün tövsiyə olunur.
Qeyd edək ki, 18 dekabr 2020-ci il tarixindən etibarən bu peyvənd yalnız təcili istifadə üçün təsdiqlənmişdir. İndiyə qədər FDA-nın tam təsdiqini yalnız Pfizer-in COVID-19 peyvəndi almışdır, Johnson & Johnson peyvəndi üçün təsdiq prosesi davam edir.