ABŞ tələsir: Bakı və İrəvan təcili sülh imzalamalıdır

ABŞ tələsir: Bakı və İrəvan təcili sülh imzalamalıdır

ABŞ rəsmiləri yaxın həftələrdə, ilin sonuna kimi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına nail olmağa çalışır.

AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, bu iddia ilə Ermənistanın “1in” saytı çıxış edib.

Məqalənin müəllifi bildirir ki, rəsmi Vaşinqton prosesin yekunlaşmasına tələsir:

“Gələn il ABŞ-da prezident seçkisi ilidir və Demokratların hakimiyyətdə qalacağına zəmanət yoxdur. Əgər 2024-cü ilin noyabrında keçiriləcək seçkilərdə Respublikaçılar hakimiyyətə gəlsə, bu, həm Ermənistan, həm də region üçün qarşısıalınmaz nəticələrə səbəb ola bilər”.

Müəllif qeyd edir ki, Rusiya Prezidenti Vladimir Putin də Ukraynadakı müharibəni ABŞ-da keçiriləcək seçkilərə qədər uzatmaq qərarına gəlib.

Teqlər: