ABŞ təkzib etdi: İran yalan deyir

ABŞ təkzib etdi: İran yalan deyir

ABŞ İran rəsmilərinin hücum dronlarının 24 fevral işğalından əvvəl Rusiyaya göndərilməsi ilə bağlı yaydığı məlumatı təkzib edib.

AzerTimes xəbər verir ki, bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Melli Tvitter hesabında bildirib.

“Tehranın belə bir bəyanatı həqiqətə uyğun deyil. Onlar yayda Rusiyaya onlarla dron göndəriblər. Eyni zamanda, Ukraynanın işğal olunmuş ərazilərinə Kremlə bu dronlarla Ukrayna vətəndaşlarına qarşı istifadəni öyrədən hərbi mütəxəssislər yerləşdiriblər”, – o bildirib.

Qeyd edək ki, İran ilk dəfə olaraq 5 noyabrda Rusiyaya PUA çatdırılmasını etiraf edib, lakin bu çatdırılmaların tammiqyaslı işğaldan bir neçə ay əvvəl baş verdiyi bildirib.

Teqlər: