ABŞ təklif etdi ki, S-400-ləri Ukraynaya verək – Çavuşoğlu

ABŞ təklif etdi ki, S-400-ləri Ukraynaya verək – Çavuşoğlu

ABŞ Türkiyəyə S-400-ləri Ukraynaya göndərməyi təklif etmişdi, lakin Ankara bundan imtina etdi.

AzerTimes xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“ABŞ-dan S-400-lə bağlı bir neçə təklif var idi. Bizə dedilər ki, nəzarəti bizə verin. Amma bu, müstəqilliyimizə təsir edən bir təklif idi. Bəs onda bizim müstəqilliyimiz harada qaldı? Ankara dəfələrlə ABŞ-dan S-400-lə bağlı müxtəlif təkliflər alıb və əgər təklif qəbul edilsəydi, Vaşinqtonla indiki kimi problemlər yaşanmazdı”, – Çavuşoğlu bildirib.

Teqlər: