ABŞ Tehran görüşünü şərh etdi

ABŞ Tehran görüşünü şərh etdi

Birləşmiş Ştatlar Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına töhfə verən istənilən addımı alqışlayır.

AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

“Ermənistan-Azərbaycan məsələsinə gəlincə, danışıqların harada getməsindən və kimin rəhbərlik etməsindən asılı olmayaraq, biz Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasına yönəlmiş xoş niyyətli addımları alqışlayırıq”, – o bildirib.

Miller qeyd edib ki, Vaşinqton Cənubi Qafqazın etibarlı tərəfdaşlar kimi görmədiyi İran və Rusiyaya münasibətdə zərif coğrafi mövqeyini anlayır.

Teqlər: