ABŞ Konqresinin nümayəndə heyəti 14-15 avqust tarixlərində Tayvana səfər edəcək.
AzerTimes xəbər verir ki, Tayvandakı Amerika institutundan məlumat verilib.
Səfər çərçivəsində rəsmilər ABŞ-Tayvan münasibətləri və qlobal təchizat zəncirləri kimi məsələləri müzakirə edəcəklər.
Qeyd edək ki, avqustun 2-də ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin başçılıq etdiyi nümayəndə heyəti Tayvana səfər etmişdi.