ABŞ Tayvana 30 ilin ən böyük silah tədarükünü təsdiqlədi

ABŞ Tayvana 30 ilin ən böyük silah tədarükünü təsdiqlədi

ABŞ son aylarda Tayvana son 30 ildə ən çox silah və hərbi texnika tədarükünə dair sazişləri təsdiqləyib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Cenkins bildirib.

“Tayvan boğazında sülhü və sabitliyi qorumaq məqsədilə son 30 ilin ən böyük silah tədarükü ilə bağlı sazişi təsdiqləyərək, Tayvanın özünümüdafiə imkanlarını gücləndirmək üçün onlarla sıx əməkdaşlıq edirik”, – B.Cenkins vurğulayıb.

Teqlər: