ABŞ taxıl sazişi ilə bağlı faktları gizlədir və Moskvanın tələblərini hələ də yerinə yetirmir.
AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksey Zaytsev deyib.
“İlk növbədə “Rosselxozbank”ın sazişə qoşulması, ehtiyat hissələrinin tədarükünün davam etdirilməsi, nəqliyyat logistikasının və sığortasının təmin edilməsi, Rusiya şirkətlərinin xaricdəki hesablarına yenidən çıxışının təmin edilməsi məsələlərini həll etmək lazımdır. Yalnız bundan sonra taxıl sazişinə baxılması mümkündür”, – o bildirib.