ABŞ Ukraynadan taxıl daşınmasını dəstəkləmək üçün USAID vasitəsilə 20 milyon dollar ayırıb.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfiri Bricit Brink Tvitter səhifəsində yazıb.
“Rusiya ərzaqdan silah kimi istifadə edərkən, prezident Zelenski və Ukrayna Rusiyanın müharibəsi nəticəsində yaranan ərzaq təhlükəsini azaltmaq üçün addımlar atır” – deyə bildirilib.