ABŞ Tacikistan və Qırğızıstan sərhədindəki münaqişədən narahatdır.
AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
“Tacikistan-Qırğızıstan sərhədində toqquşmalarla bağlı xəbərlərdən narahatıq. Mülki əhalinin həyatı təhlükə altındadır və biz qurbanlara başsağlığı veririk”, – Prays bildirib.
Prays hər iki tərəfi atəşkəsə hörmət etməyə və diplomatiya yolu ilə sakitliyi bərpa etmək üçün səyləri artırmağa çağırıb.