Çin Prezidenti Si Szinpin ABŞ-ın Kaliforniya ştatına səfər edəcək.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, ştatın ən böyük şəhərlərindən olan San-Fransiskoda prezidentin gəlişinə görülən hazırlıq müzakirələrə səbəb olub.
Belə ki, şəhərdə Szinpinin keçəcəyi küçələrdən evsiz insanların hamısı çıxarılıb, yolların kənarına sədlər çəkilib.
Həmçinin bütün küçələr boşaldılıb.