Suriyaya zərbələr endirildi

Suriyaya zərbələr endirildi

ABŞ Suriya ərazisində yerləşən aerodroma raket zərbələri endirib. ABŞ höküməti bunu Suriya ordusunun ‘İdlib’də kimyəvi silahdan istifadə etməsinə cavab olaraq etdiyini bildirib. Bu məlumatı “NBC News” telekanalı ABŞ-ın hərbi məmurlarına istinadən yayıb.

Məlumata görə, “ABŞ Suriyaya onlarla qanadlı raket atıb”.

ABŞ hərbçilərinin Suriyanın Homs əyalətindəki “Əş-Şəyrat” aerodromuna azı 50 “Tomaqavk” raketi atdığı bildirilir.

“ABŞ-ın iddiasına görə, Suriya ordusu qadağan edilmiş kimyəvi silahın istifadəsində məhz bu aerodromdan yararlanıb”, – deyə telekanal qeyd edib.

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Vladimir Safronkov ABŞ-ın Suriyaya zərbələr endirəcəyinin mənfi nəticələrə gətirib çıxaracağına dair xəbərdarlıq edib.

ABŞ prezidenti Donald Tramp bundan əvvəl Konqres üzvlərinə Suriya ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq, bu ölkəyə qarşı hərbi əməliyyat məsələsini nəzərdən keçirdiyini bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-ın Suriyada hərbi əməliyyatını dəstəkləməyə hazır olduğunu bildirib.

ABŞ Suriyaya endirdiyi zərbələr barədə bir sıra ölkəni əvvəlcədən məlumatlandırıb, lakin Rusiyanı əvvəlcədən məlumatlandırmayıb. Bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, ABŞ endirilən zərbə barədə bir sıra ölkəni əvvəlcədən məlumatlandırıb.

Qeyd edək ki, ABŞ Suriya Silahlı Qüvvələrinin hərbi bazasına raket zərbələri endirib.