ABŞ Suriyadakı missiyasını davam etdirəcək – Pentaqon

ABŞ Suriyadakı hərbi varlığını davam etdirmək niyyətindədir.

AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi deyib.

C.Kirbi bildirib: “Biz İŞİD terror qruplaşmasının üzvlərinə qarşı mübarizə məqsədilə Suriyadakı hərbi varlığımızı davam etdiririk. Bu, koalisiya səylərimizin bir hissəsidir”.


Mətbuat katibi vurğulayıb ki, terror qruplaşmasının əsas hissəsi darmadağın edilib, lakin Suriyanın ərazisinin əhəmiyyətli bir hissəsi hələ də nəzarətsizdir.